Logo

İxtisas seçimi üçün faydalı nəşrlər

08.08.2022 12:57 161 baxış
IMG

Bildiyiniz kimi, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.

Tehsil.biz xəbər verir ki, ixtisas seçimi zamanı sadalanan nəşrlərdə təqdim edilmiş zəruri məlumatlardan yararlana bilərsiniz.

1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə QƏBUL APARILAN İXTİSASLAR “Abituriyent” jurnalının 4-cü nömrəsində nəşr ediləcək. Jurnal avqustun 10-dan etibarən əldə etmək mümkün olacaq.

2. 2021-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış KEÇİD BALLARI “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc edilib. Jurnal satış məntəqələrində var.

3. “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” xüsusi buraxılışlarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin İMTAHAN BALLARININ PAYLANMASI və digər zəruri məlumatlar da təqdim ediləcək.

II və III ixtisas qrupları üçün bu xüsusi buraxılışları avqustun 10-dan əldə etmək mümkün olacaq.

I və IV ixtisas qrupları üçün bu xüsusi buraxılışlar yaxın günlərdə (bu ixtisas qrupları üzrə imtahanın nəticəsi ilə bağlı apellyasiya başa çatdıqdan sonra) nəşr ediləcək. 

Xəbər lenti