Logo

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır

08.08.2022 10:54 422 baxış
IMG

Avqustun 8-də Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesinə başlanılır.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb seçimi prosesinə isə avqustun 11-də start veriləcək.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır. Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

Xəbər lenti