Logo

Ölkə üzrə ən çox olimpiadaçı Bakı Ali Neft Məktəbində təhsil alır

08.08.2022 10:46 384 baxış
IMG

Respublika Fənn Olimpiadalarının qalibləri Bakı Ali Neft Məktəbində (BANM) dövlət hesabına təhsil alırlar. Belə ki, son iki ildə Bakı Ali Neft Məktəbinə 35 tələbə müsabiqədənkənar qəbul olunub. 2020-ci ildə 14 nəfər, 2021-ci ildə 21 nəfər BANM-in tələbəsi adını qazanıb.

Tehsil.biz xəbər verir ki, onlar müxtəlif illərdə Respublika Fənn Olimpiadalarında 1, 2 və 3-cü yerlərə layiq görülüblər. Müsabiqədənkənar qəbul olan tələbələr informatika, riyaziyyat, kimya, fizika fənləri üzrə olimpiada qalibidirlər.

2020-ci ildə BANM-ə müsabiqədənkənar qəbul olunan 14 tələbədən 8-i İnformasiya təhlükəsizliyi, 2-si Kimya mühəndisliyi, 4-ü Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi adını qazanıb.

2021-ci ildə BANM-ə müsabiqədənkənar qəbul olunan 21 tələbədən 11-i İnformasiya təhlükəsizliyi, 5-i Kompüter mühəndisliyi, 3-ü Kimya mühəndisliyi, 2-si Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi adını qazanıb.

Qeyd edək ki, BANM-ə müsabiqədənkənar qəbul edilən abituriyentlər ödənişsiz olaraq təhsil alırlar.

Xəbər lenti