Logo

Dövlət Dəniz Akademiyasının prorektoru vəfat edib

06.08.2022 22:58 557 baxış
IMG

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivinə ağır itki baş verib.

“Tehsil.biz"in məlumatına görə, ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru, texnika elmləri doktoru, professor Zahid Ziyatxan oğlu Şərifov vəfat edib.

Zahid Şərifov 8 yanvar 1962-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub.

O, Azərbaycan Dövlət Dəniz Akademiyasında müxtəlif vəzifələrdə çalışıb. Ölkəmizdə dənizçi kadrların hazırlanmasında müstəsna xidmətlər göstərib. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Zahid Şərifov ASCO ailəsinin hər bir üzvü, eləcə də ADDA-nın müəllim və tələbə kollektivi arasında səmimiyyəti, yüksək insani xüsusiyyətləri, işgüzarlığı ilə yadda qalıb. Elə buna görə də onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

ASCO rəhbərliyi və kollektivi Zahid Şərifovun vəfatından kədərləndiyini bildirib, yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, mərhumla vida mərsimi avqustun 7-i saat 11-də yaşadığı Yasamal rayonu Həsən Məcidov küç. 31 ünvanında olacaq.

Allah rəhmət eləsin!

Xəbər lenti