Logo

Naxçıvan Dövlət Universitetinin alimi dünyasını dəyişib - FOTO

06.08.2022 17:24 138 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin alimi Həsənov Əli Məmməd oğlu vəfat edib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

1951-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olub. 1969-cu ildə V.İ.Lenin adına APİ-nin Naxçıvan filialının Biocoğrafiya fakultəsinə daxil olub və 1973-cü ildə həmin fakultənin coğrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Q.Əkbərov adına Cəhri kənd orta məktəbində coğrafiya müəllimi vəzifəsində çalışıb. 2004-ci ildə “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri və onlardan istifadə yolları” adlı namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alıb.

Coğrafiya elmləri üzrə fəlsəfə doktoru, “2014-cü ildən dosent vəzifəsində çalışıb. “Naxçıvan Muxtar Respublikasının torpaqlarının ekocoğrafi xüsusiyyətləri və iqtisadi coğrafi qiymətləndirilməsi” istiqamətində elmi iş aparıb.

Mərhum 1 monoqrafiya, 4 metodik vəsait, 72 elmi məqalənin müəllifidir.

Allah rəhmət eləsin.

Xəbər lenti