Logo

Bu il kompüter mühəndisliyi ixtisası üzrə ilk dəfə ikili diplom proqramına qəbul həyata keçiriləcək

05.08.2022 21:05 194 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) və Ankara Universiteti arasında imzalanmış ikili diplom müqaviləsinə əsasən, 2022/2023-cü tədris ilində kompüter mühəndisliyi ixtisası üzrə ilk dəfə qəbul həyata keçiriləcək.

Bu, AzTU və Ankara Universitetinin həyata keçirdiyi ilk ikili diplom layihəsidir.

Müqavilə Türkiyənin Ali Təhsil Şurası (Yüksək Öyrətim Kurulu – YÖK) tərəfindən təsdiqlənib.

Qeyd edək ki, AzTU və Ankara Universiteti arasında ikili diplom müqaviləsi ötən il imzalanıb.

Xəbər lenti