Logo

Dünya çempionatında uğur qazanan güləşçilər Gəncədə coşğu ilə qarşılanıblar - FOTOLAR

05.08.2022 17:50 193 baxış
IMG

Gəncə güləş məktəbinin yetirmələri Vasif Bağırov, Bəşir Verdiyev və Hüseyn Savadov İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Sərbəst və Yunan-Roma güləşi üzrə Dünya çempionatında uğur qazanıblar. 

Tehsil.biz xəbər verir ki, Vasif Bağırov sərbəst güləş üzrə 48 kiloqram çəki dərəcəsində birinci, Bəşir Verdiyev 45 kiloqram çəki dərəcəsində ikinci, Hüseyn Savadov Yunan-Roma güləşi üzrə 45 kiloqram çəki dərəcəsində üçüncü yerə layiq görülüb. 

Uğurlu nəticələr əldə edərək Vətənə qayıdan güləşçilərimiz Gəncədə çoşğu ilə qarşılanıblar. Gəncənin Heydər Əliyev Park-Komplesində, “Zəfər Tağı”nın önündə təşkil olunan qarşılanma mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və şəhərin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Onlar idmançılarımızı Dünya çempionatında uğurlu nəticə əldə etmələri münasibətilə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıblar. 

Qeyd edək ki, Yunan-Roma güləşi üzrə Dünya çempionatında ilk dəfədir ki Gəncə şəhərinin yetirməsi dünya mükafatçısı adını qazanır.

Xəbər lenti