Logo

UNEC-in komandası “Enactus” dünya yarışında ölkəmizi təmsil edəcək

05.08.2022 17:43 145 baxış
IMG

Bu il “Enactus Azərbaycan” milli yarışın qalibi olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası “Enactus” dünya yarışında ölkəmizi təmsil edəcək.

UNEC-dən bildirilib ki, yarışma oktyabrın 30-dan noyabrın 2-dək Puerto-Rikoda keçiriləcək.

Xatırladaq ki, “Enactus” sahibkarlıq fəaliyyətinin gücü ilə inkişafa nail olmaq məqsədilə tələbələri, akademik və biznes liderlərini bir araya gətirən beynəlxalq qeyri-hökumət təşkilatıdır.

Xəbər lenti