Logo

Təhsilimizin qızılları - FOTO/VİDEO

05.08.2022 14:44 148 baxış
IMG

Bu il respublika ümumtəhsil məktəblərinin  XI siniflərini 91 188 nəfər şagird bitirib. Təhsili xüsusi nailiyyətlərlə başa vuran XI sinif məzunlarından 136 nəfər qızıl, 79 nəfər isə gümüş nişanla təltif olunub. 

News24.az qızıl medal alan məzunlarla həmsöhbət olub. Onlar medallı məzun olmağın sevincini və uğurlarının sirrini saytımızın oxucuları ilə bölüşüblər.

Elçin Musazadə 2 nömrəli texniki-humanitar liseyin məzunudur. O, təhsildəki böyük nailiyyətini gərgin və mütəmadi çalışması ilə qazanıb: 
"Həmişə yaxşı oxuduğum üçün medal alacağımı gözləyirdim. Buna nail olduğum üçün çox şadam”.

Elçinin sinif yoldaşı Aytac Vəliyeva isə qızıl medal almağı uşaqlıqdan arulayıb: “ Məktəbin birincisi, əla oxuyanı olmaq uşaqlıq arzum idi. Həmişə uğurlu şagird olmaq üçün çalışmışam. Buna nail ola bildiyim üçün xoşbəxtəm”.

Bakı-Türk liseyinin məzunu Şəms Məmmədzadənin isə uğura çatmaq üçün öz devizi var: “Yalnız o halda uğurlu olmaq olar ki, məqsədin üçün hər gün düzənli çalışasan. Kitabları və zəhməti sevəsən”. 

Qeyd edək ki, qızıl və gümüş nişanla təltif olunan şagirdlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.

Xəbər lenti