Logo

ADMİU-da yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu aparılır

05.08.2022 14:11 185 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2022/2023-cü tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu sentyabrın 10-dək aparılır.

Bu barədə ADMİU-dan məlumat verilib. Bildirilib ki, musiqişünaslıq, turizm bələdçiliyi, turizm işinin təşkili, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) və sənətşünaslıq (kinoşünaslıq) ixtisasları üzrə tədris əyani formada həyata keçiriləcək.

ADMİU-da yenidənhazırlanma təhsili Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən aparılır. Sənəd qəbulu müraciət edənlər tərəfindən şəxsən təqdim edilməklə və ya elektron (skan edilmiş PDF formatında) qaydada həyata keçirilir. Təqdim edilmiş sənədlər müvafiq tələblərə cavab verdiyi halda müraciət edən şəxslər yenidənhazırlanma təhsili almaq hüququ qazanırlar. Tədris Azərbaycan və rus dillərində aparılır.

Yenidənhazırlanma təhsilinə müraciət üçün ərizə formasını ADMİU-nun saytındakı link vasitəsilə yükləmək olar.

1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomların Azərbaycan Respublikası ərazisində tanınması barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

Yenidənhazırlanma təhsili almaq istəyənlər sənədlərin siyahısı və əlavə məlumatla ADMİU-nun saytında tanış ola bilərlər.

Xəbər lenti