Logo

Nazir: "Dual peşə təhsil proqramı çərçivəsində 25 ixtisas üzrə qəbul aparılır"

05.08.2022 13:52 279 baxış
IMG

"Bu tədris ilində peşə təhsili üzrə dual peşə təhsil proqramlarına qəbul aparılır".

Tehsil.biz xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.

"Dual təhsil tələbələrə tədris ili ərzində nəzəri bilikləri peşə təhsili müəssisəsində, praktiki təcrübəni isə müxtəlif işəgötürən müəssisələrdə almaq imkanı verir, işəgötürənlərin kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlanması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsini təmin edir. Proqram turizm, ictimai iaşə, kənd təsərrüfatı və sənaye istiqamətində 8 regionda, 14 peşə təhsil müəssisəsində 25 ixtisas üzrə 50-dən çox işəgötürən müəssisə ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək", - nazir qeyd edib.

Xəbər lenti