Logo

Təhsil sahəsində işləməyə marağı olan gənclər üçün təcrübə proqramı təşkil ediləcək

05.08.2022 13:27 141 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ali məktəbin son kursunda təhsil alan bakalavr, magistr tələbələri və yeni məzun olanlar üçün təcrübə təşkil edəcək.

Tehsil.biz xəbər verir ki, təcrübə proqramında öyrənməyə, təcrübə qazanmağa, eləcə də təhsil sahəsində işləməyə marağı olan gənclər iştirak edə bilərlər.

Namizədə aid tələblər:

- Ali təhsil;

- “MS Office” proqramları üzrə bacarıqlar;

- Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;

- Tədqiqat, tənqidi düşüncə və analitik düşünmə bacarıqları;

- Təşkilatçılıq bacarıqları;

- Kollektivlə işləmək və effektiv ünsiyyət bacarıqları;

- Təhsil sahəsinə maraq;

- Təşəbbüskarlıq və innovativlik.

Müsahibə nəticəsində seçilən təcrübəçi 3-6 ay müddətinə keçiriləcək təcrübə proqramı çərçivəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsində iştirak edəcək:

- İnnovativ məzmunun hazırlanmasında dəstək və iştirak;

- Tədqiqat və innovasiyalar ilə bağlı təlimlərin/konfransların təşkil olunması;

- Təhsil tədqiqatlarının aparılması;

- Təhsil problemlərinə innovativ həll yollarının tapılmasında dəstək;

- Biznes planın/modelin hazırlanması və layihə məhsullarının kommersiyalaşdırılmasında iştirak;

- Layihə təkliflərinin verilməsi və müxtəlif layihələrin icrasında dəstək;

- Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.

Təcrübə proqramına qoşulmaq istəyən namizədlərdən öz CV və motivasiya məktublarını ingilis və ya Azərbaycan dillərində avqustun 14-dək “Təcrübə proqramı” başlığı (subject) ilə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Xəbər lenti