Logo

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

04.08.2022 16:36 126 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 962 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 295, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 248, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1200, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 219 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 824 041, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 367 712, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 491, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 342 589, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 255 249 nəfər təşkil edir.

Xəbər lenti