Logo

AzTU-nun tələbəsi, şəhid Anar Məmmədzadənin doğum günüdür

03.08.2022 14:28 587 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində qəhrəmancasına şəhid olan Anar Məmmədzadə 3 avqust 1999-cu ildə Zərdab rayonunda anadan olub.

Tehsil.biz xəbər verir ki, Anar Məmmədzadə 2016-cı ildə AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinə daxil olub. 

O, Vətən müharibəsi başlayana qədər Azərbaycan Silahlı Qüvvələrinin Bakıdakı "N" saylı hərbi hissəsində xidmət edib.

2020-ci il sentyabrın 27-də torpaqlarımızın işğaldan azad olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzuli və Cəbrayılın azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıqlar göstərib. Anar Məmmədzadə oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Xəbər lenti