Avqustun 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr proqramlarına 2022-2023-cü tədris ili üzrə qəbul imtahanı keçiriləcək.
Bu barədə UFAZ-dan məlumat verilib.
UFAZ bakalavr pilləsində kompüter elmləri, kimya mühəndisliyi, geofizika mühəndisliyi, neft və qaz mühəndisliyi ixtisasları üzrə təhsil təklif edir.
Universitetin bakalavr proqramlarına tələbə qəbulu ilə əlaqədar onlayn qeydiyyat aparılıb.