Logo

Bu tələbələrin təhsil haqqını Elm və Təhsil Nazirliyi qarşılayacaq

02.08.2022 22:25 644 baxış
IMG

Riyaziyyat, fizika və informatika fənləri üzrə Respublika Olimpiadasında 1,2 və 3-cü yerləri tutan və ADA Universitetinin 1-ci ixtisas qrupu üzrə bakalavr proqramlarına müraciət edən abituriyentlərin təhsil haqqı Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq. 

 

Tehsil.biz xəbər verir ki, bu barədə ADA Universiteti məlumat yayıb. 

Universitetin rektoru, səfir Hafiz Paşayev həmin tələbələrin “Tələbə xərci”nin isə Universitet tərəfindən qarşılanacağını qaliblərlə bu gün olan görüşdə elan edib.

Xəbər lenti