Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr proqramlarına 2022-2023-cü tədris ili üzrə tələbə qəbulu ilə əlaqədar onlayn qeydiyyat başa çatıb.
Tehsil.biz xəbər verir ki, UFAZ bakalavr pilləsində kompüter elmləri, kimya mühəndisliyi, geofizika mühəndisliyi, neft və qaz mühəndisliyi ixtisasları üzrə təhsil təklif edir.