Logo

Elm və Təhsil Nazirliyinin qoyduğu tarix müzakirələrə səbəb oldu - FOTOLAR

31.07.2022 11:30 803 baxış
IMG

Tələbə köçürmələrinin bitmə tarixi ictimaiyyət arasında çaşqınlıq yaradıb.

Bununla bağlı "Tehsil.biz"ə daxil olan şikayətdə bildirilir.

Belə ki, Elm və Təhsil Nazirliyinin rəsmi saytında tələbə köçürmələrinin bitmə tarixinin 31 iyuladək göstərilməsi bu tarixin proses müddətinə daxil olub-olmaması barədə sual doğurub.

Bundan başqa, "transfer.edu.az" portalında isə tələbə köçürmələrinin son tarixi 31 iyul kimi göstərilib. Lakin buna baxmayaraq prosesin 30 iyundan etibarən məhdudlaşdırıldığı bildirilir.

Beləliklə, əgər 31 iyul proses tarixlərinə daxildirsə, qeydiyyat prosesi 30 iyundan sonra niyə dayandırılıb? Əgər 31 iyul prosesin son günü deyilsə, "transfer.edu.az" portalında qeydiyyat üçün son gün niyə 31.07.2022 kimi qeyd olunub.

Bu suallara cavab tapmaq, yaranan çaşqınlığı aradan qaldırmaq məqsədilə Elm və Təhsil Nazirliyinə müraciət etsək də, qeyri-iş günü olduğundan müraciətimiz cavabsız qaldı.

Xəbər lenti