30 iyul Azərbaycan Texniki Universitetinin (AzTU) Vətən müharibəsində şəhid olan məzunu Məmmədov Kamal Şamil oğlunun doğum günüdür.
Tehsil.biz xəbər verir ki, AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin məzunu, şəhid Kamal Məmmədov 1998-ci ilin bu günü Balakən rayonunda anadan olub. 2015-2019-cu illərdə AzTU-da təhsil alıb. Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edən Kamal Məmmədov oktyabrın 16-da Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək şəhidlik zirvəsinə yüksəlib. Kamal Məmmədov Balakən rayonunda yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Kamal Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.