Logo

Müəllimlərin sertifikasiyasının test imtahanı mərhələsi başlayır

30.07.2022 09:33 652 baxış
IMG

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlayır.

Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, təhsilverənlərin sertifikatlaşdırılması qaydalarının tələblərinə uyğun olaraq test imtahanı ilə bağlı məlumat 1 ay öncədən iştirakçıların şəxsi kabinetinə göndərilib.

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatla tanış ola bilərlər.

Xəbər lenti