Logo

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tanınma üzrə ekspertlərə sertifikat verib - FOTO

29.07.2022 17:23 437 baxış
IMG

Vətəndaşların qeyri-formal və informal yollarla əldə etdiyi bilik, bacarıq, səriştə və təcrübəsinin qiymətləndirmə və tanınması üzrə ekspertlər sertifikatla təltif olunublar.

Tehsil.biz xəbər verir ki, 65 namizəd avtomobil təmiri çilingəri, dərzi, tikiş avadanlıqlarının operatoru, tikişçi, baytar texniki, heyvandarlıq mütəxəssisi, bitkiçilik mütəxəssisi, baramaçı, elektrik qaz qaynaqçısı, arıçı, baramaçı, üzümçülük və şərab ustası, kran maşinisti (krançı) və s. ixtisasları üzrə müraciət edib. Müraciət edən 65 namizəddən 25 nəfəri ilkin müsahibə mərhələsindən uğurla keçib və qeyri-formal və informal təhsilin tanınması üzrə təşkil olunan təlimlərdə iştirak etmək hüququ qazanıb. Qeyd edək ki, təlimin sonunda qiymətləndirmədən məqbul nəticə əldə edən 15 nəfər ekspert sertifikatı ilə təltif olunub.

Xəbər lenti