Belqorod vilayətində iki məktəbli qız intihar edib.
"Tehsil.biz"in "gazeta.ru"ya istinadən məlumatına görə, bu barədə "Baza" Telegram kanalı xəbər yayıb.
Hadisənin baş verdiyi yerin yaxınlığından qızlardan birinin dəftərinin tapıldığı, içərisində intihar qeydi olduğu dəqiqləşdirilir. Uşaq anasından bağışlanmasını istəyib və könüllü ölmək qərarına özü gəldiyini iddia edib.
Məktəblinin dostu heç bir mesaj buraxmayıb. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdıracaq.
Bundan əvvəl Sankt-Peterburqda məktəblinin tərk edilmiş binada intihar etdiyi bildirilirdi. Onunla birlikdə rəfiqəsi intihara cəhd edib, lakin o, xilas edilib, xəstəxanaya aparılıb.