Logo

Dünyada savadsız insanların sayı 750 milyon nəfəri ötür - STATİSTİKA

24.01.2021 13:13 111 baxış
IMG

Dünyada savadsız insanların sayı 750 milyon nəfəri ötür.


Bunların 265 milyonu Hindistanın, 51 milyonu Pakistanın, 31 milyonu Banqladeşin payına düşür. Avropada ən çox savadsızlar:  İspaniyada-687 min nəfər, İtaliyada-590 min nəfərdi.


Dünyanın  “10 ən savadlı ölkəsi”, Ali təhsililərin faizi: Cənubi Koreya 30%, Sinqapur 29,7%, İrlandiya 26,8%, ABŞ 26,8,  Rusiya 24,7%, Ukraina 24,6%, Kanad-22,7%, Yunanıstan-22.5%, Kipr-20,8%, İ srail 20,3%.

 

Dünyada təhsilin orta hesabla ən çox davam etdiyi 10 ölkə:

 

Avstraliya-22,9 il, Belçika-19,8 il, İrlandiya-19,6 il, İslandiya-19.3 il, Finlandiya-19,3 il, Danimarka-19,1 il, Yeni Zelandiya-18,9 il, İsveç-18,6 il, Kürasao-18,4 il, Niderlandlar-18 il.

 

Dünyada təhsilin orta hesabla ən az davam etdiyi 10 ölkə:

 

Nigeriya-5,3 il. Eritreya-5,4 il, Cibuti-6 il, Mərkəzi Afrika ölkələri-7 il, Mali-7,3 il, Sudan-7,4 il, Çad-8 il, Tanzaniya-8,2 il, Mavritaniya-8,3 il, Efiopiya-8.4 il.

 

Dünyada məktəb yaşı çatmış 62 milyon uşaq məktəbə getmir:

 

Onların ən çoxu Pakistanda - 5 milyon. Hindistanda - 3 milyon, İndoneziyada -2, 4 milyon.

 

Mənbə: Dünya bankı. Evrostat. “Vokruq sveta” jurnalının 2019-cu il sentyabr nömrəsi

Xəbər lenti