Logo

Xəzər Universitetinin müəllimi Fulbrayt Məzunları Sertifikatı ilə təltif edilib

28.07.2022 19:19 430 baxış
IMG

Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadə ABŞ Dövlət Departamentinin Fulbrayt Xarici Təqaüd Şurası və Təhsil və Mədəniyyət Məsələləri Bürosu tərəfindən Fulbrayt Məzunları Sertifikatı ilə təltif edilib.

Universitetdən bildirilib ki, bu sertifikat onun Birləşmiş Ştatlardan və təxminən 160 ölkədən 400 mindən çox Fulbrayt alimi, müəllimi və tələbələrindən ibarət canlı qlobal şəbəkəyə qoşulmasını təmin edir.

Qeyd edək ki, Nilufər Əlizadə bu yaxınlarda ABŞ-ın Arkanzas Universitetində qonaq tədqiqatçı proqramını bitirib. Onun tədqiqat sahəsi alim-təcrübəçi modelinə uyğun olaraq klinik psixologiyanın tədrisi metodlarına əsaslanıb.

Xəbər lenti