Logo

XIV Karyera yarmarkasının nəticələri məlum olub

28.07.2022 15:17 433 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) keçirdiyi XIV Karyera yarmarkasının nəticələri məlum olub.

Tehsil.biz xəbər verir ki, yarmarkada 383 nəfər işə, 604 nəfər aktiv təcrübə proqramına qəbul olunub, 106 tələbə isə iş təklifindən imtina edib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə onlayn platforma üzərindən təşkil olunan Karyera yarmarkasında iştirak edən müəssisə və təşkilatlar virtual platformada stendlər qurub, öz vakansiyalarını və təcrübə proqramlarını təqdim ediblər.

Tələbə və məzunlar yarmarkada nüfuzlu şirkətlər tərəfindən təqdim olunan vakansiyalar və təcrübə proqramlarına onlayn müraciət edib, müsahibələrə qatılmaq imkanı qazanıblar.

Xəbər lenti