Logo

Universitetdən sənədlərini ala bilməyən tələbələrlə bağlı AÇIQLAMA

28.07.2022 13:55 418 baxış
IMG

Qərbi Kaspi Universiteti tələbələrə köçürülmə üçün sənədlərin verilməməsi ilə bağlı iddialara münasibət bildirib.

Ali məktəbdən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki,  müraciət etmiş bütün tələbələrə müvafiq sənədlər təqdim olunub. 

“Köçürmə tələbənin müəyyən çərçivədə hüququdur, transkriptin verilməməsindən söhbət gedə bilməz, sadəcə işçilər məzuniyyətdə olduqlarından bir qədər ləngimə baş vermişdi, bu da aradan qaldırıldı.

Amma istənilən halda diqqətinizi bir məsələyə yönəltmək istərdik ki, dövlətin tələbələrin köçürülməsi ilə bağlı yaratdığı şəffaf mühitdən bəzi işbazlar öz məqsədləri üçün istifadə edirlər. Bu çirkli mexanizmə qarşı mübarizə aparılmalıdır”, - açıqlamada qeyd olunur.

Xəbər lenti