Logo

Qərbi Kaspi Universitetinin tələbələri akademik arayışı ala bilmirlər - VİDEO

28.07.2022 11:42 542 baxış
IMG

Qərbi Kaspi Universitetinin tələbələri təhsil müəssisələrini dəyişmək üçün ali məktəbdən lazım olan akademik arayışı ala bilmirlər.

Tələbələrlə yanaşı, valideynlər də üç gündür ki universitetin korpusları arasında get-gəldə qalıblar.

Tələbələr inanmaq istəmirlər ki, universitet işçilərinin istirahəti onların gələcək taleyindən daha önəmlidir. Tələbələrdən biri bildirib ki, universitet işçisi ona yazan gəncləri blok edib:

“Məzuniyyətini pozduğumuza görə bizi şikayət edəcəyini dedi”.

Bəzi tələbələr isə iddia edirlər ki, universitet onlara qarşı qanunsuz tələblər irəli sürür.

Universitetdən “Xəzər Xəbərə” bildirilib ki, səslənən iddialar əsassızdır.

Ətraflı süjetdə:

Xəbər lenti