Logo

Magistraturaya qeydiyyat başa çatıb

28.07.2022 11:10 446 baxış
IMG

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsinə qəbul olmuş şəxslərin elektron qaydada qeydiyyatı başa çatıb.

AMEA-dan "Tehsil.biz"ə verilən məlumata görə, plan yerlərinə uyğun olaraq, 22 ixtisas, 57 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edilib.

Əvvəlki illərlə müqayisədə bu il yeni ixtisaslar da əlavə olunub. Artıq AMEA-nın magistratura səviyyəsinə 150 nəfər bakalavr qeydiyyatdan keçərək təsdiqlənib.

Ümumilikdə, AMEA-da 2022/2023-cü tədris ilində 260-a yaxın magistrant təhsil alacaq.

Xəbər lenti