Logo

Məktəb direktoru şagirdi forma geyinməyə məcbur edə bilər? - RƏSMİ

27.07.2022 12:42 777 baxış
IMG

"Forma ilə dərsə gəlməyən şagirdin məktəbə buraxılmayacağı doğru deyil".

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bu, tövsiyəedici qaydalardır, şagirdin ürəyi istədiyi paltarda da məktəbə gəlməsi yaxşı fikir deyil:

"Direktorun isə məktəblini hansısa forma geyinməyə məcbur etmək səlahiyyəti yoxdur. Qaydanın mahiyyəti ondan ibarətdir ki, şagirdlər arasında fərq olmasın. Forma olanda kimsə özünün varlı olmasını məktəbdə göstərə bilmir. Amma kimsə məktəbə formada gəlmirsə, nazirlik gedib onu məktəbdə yoxlamayacaq, və ya əksinə, direktorun da ixtiyarı yoxdur ki, şagirdi hansısa forma geyinməyə məcbur etsin”.

Xəbər lenti