Logo

Yüksək bal toplayan abituriyent: “Gün ərzində planlı formada hazırlaşırdım"

27.07.2022 10:18 477 baxış
IMG

Əbdürrəhman Kazımov 684 balla I qrup üzrə yüksək bal toplayanlar sırasındadır. 

Tehsil.biz xəbər verir ki, o, həmçinin blok imtahanında 400 bal yığan 10 nəfərdən biridir. Əbdürrəhman Kazımov Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur.

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olmağı qarşısına məqsəd qoyan uğurlu abituriyent Kompüter mühəndisliyi ixtisasında təhsil almaq istəyir:

“Bakı Ali Neft Məktəbi ilə bağlı internetdə və Ali Məktəbin saytında araşdırma etdim. Texnoloji sahədə ən yaxşı ali məktəb BANM-dir. Laboratoriya səviyyəsi, təcrübə proqramları, məzun olduqdan sonra iş imkanları genişdir, tələbələrə yaxşı şans yaradır. Ona görə də BANM ən uğurlu seçimdir. Yüksək bal toplamaq üçün gün ərzində planlı formada hazırlaşırdım. Ev tapşırıqları və istirahət vaxtlarımı ayırırdım. Elə həftə olurdu ki, bütünlüklə dərslərlə məşğul olurdum, elə həftə olurdu arada fasilələr verib dincəlirdim. Yüksək bal toplamaq istəyən şagirdlərə məsləhətim odur ki, aşağı siniflərdən yaxşı oxusunlar. Həmçinin mövzunu dərindən, dərk edərək öyrənmək lazımdır. Əgər sən bildiyini başqa insana da izah edə bilirsənsə, demək, yaxşı mənimsəmisən”.

Xəbər lenti