Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan orta ixtisas təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.
Təhsil Nazirliyindən verilən məlumata görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ var.
Xatırladaq ki, iyulun 25-dən tələbələrin köçürülməsi prosesinə başlanılıb. Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə iyulun 31-dək davam edəcək. Nəticələr avqustun sonu və ya sentyabrın əvvəlində açıqlanacaq.