Logo

Xəzər Universitetinin əməkdaşları Türkiyənin Sabancı Universitetində olublar

26.07.2022 15:28 455 baxış
IMG

Xəzər Universiteti İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı professor İnqilab Əhmədov və Təhsil departamentinin koordinatoru Cavid Cəfərov “Erasmus+” layihəsi çərçivəsində Türkiyənin Sabancı Universitetində olublar.

Tehsil.biz xəbər verir ki, proqram çərçivəsində 9 ölkənin 10 ali məktəbinin təmsilçiləri ilə birgə Sabancı Universitetinin təqdimatları dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.

Nümayəndələrimiz Xəzər Universiteti haqqında təqdimat edib, Sabancı Universiteti tərəfindən təşkil edilmiş bilik yarışmasında 1-ci yeri tutub və xüsusi hədiyyə ilə təltif olunublar.

Səfər çərçivəsində Sabancı Universitetinin müvafiq qurum rəhbərləri, habelə digər universitet nümayəndələri ilə əməkdaşlıq məsələləri müzakirə edilib, perspektiv istiqamətlər müəyyənləşdirilib.

Xəbər lenti