Logo

Yüksək bal toplayan abituriyent: “Hər zaman BANM tələbəsi olmağı hədəfləmişəm”

25.07.2022 20:42 510 baxış
IMG

Aysel Rəhimli Biləsuvar şəhər internat tipli tam orta məktəb-liseyin məzunudur. I qrup üzrə qəbul imtahanlarında  674 bal toplayan Aysel blok imtahanında 400 bal toplayan 10 nəfərdən biridir.

Tehsil.biz xəbər verir ki, o, Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olmaq arzusundadır:

“Hər zaman hədəfim olub ki, 650 baldan çox toplayım və BANM-in tələbəsi olum. Buranı seçməyimin əsas səbəblərindən biri ilk növbədə ingilisdilli təhsilin, yüksək səviyyəli beynəlxalq əlaqələrin və keyfiyyətli təhsilin olmasıdır. Kompüterlə bağlı ixtisas üzrə təhsil almağı düşünürəm. Aşağı siniflərdən yaxşı oxuyurdum, amma son üç ildə hansı ixtisası seçəcəyimi müəyyən etdim və bu istiqamətdə çalışmağa başladım. Gün ərzində 8-10 saat hazırlaşırdım. Vaxtımı fənlər üzrə ayırırdım, səhvlərim üzərində yenidən çalışırdım. Müəllimin verdiyi tapşırıqlardan əlavə özüm də axtarışlar edirdim, tapıb oxuyurdum, öyrənirdim. Gələcək abituriyentlərə məsləhətim odur ki, zəif bildikləri məqamların üzərində işləsin və gücləndirsinlər. Diqqəti bütünlüklə dərslərə vermək lazımdır və əlavə tapşırıqlar etmək məsləhətdir. Çox çalışmaq və diqqəti cəmləmək önəmlidir”.

Xəbər lenti