Logo

Bakıda 16 yaşlı nişanlı qız yoxa çıxıb

25.07.2022 13:48 471 baxış
IMG

Bakıda 16 yaşlı qızın itkin düşməsi barədə polisə müraciət edilib.

“Qafqazinfo”nun məlumatına görə, 1997-ci il təvəllüdlü İ.Əsgərov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, nişanlısı, 16 yaşlı A.Nəcəfova iyulun 19-dan itkin düşüb.

O, nişanlısının Binəqədi qəsəbəsi Gülüstan küçəsində yaşayan evdən həmin gün saat 17 radələrində çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti