Logo

BANM məzunu tam təqaüdlə Avropanın 4 universitetinə qəbul olunub

23.07.2022 16:43 494 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Günel Hüseynli Avropanın nüfuzlu 6 ali təhsil müəssisəsinə magistraturaya qəbul olunub.

Tehsil.biz xəbər verir ki, onlardan 4-ü tam təqaüd proqramıdır.

Həmin universitetlər və ölkələri təqdim edirik:

1. Erasmus Mundus təqaüdü ilə Kimyada İnnovasiya və Tənzimlənmə (ChIR) proqramı. Bu proqram çərçivəsində 2 il ərzində 3 ölkədə təhsil almaq mümkündür: Portuqaliyanın Alqarv Universiteti, İspaniyanın Barselona Universiteti və İtaliyanın Boloniya Universiteti

2. Erasmus Mundus təqaüdü ilə BioRef proqramı. Bu proqram çərçivəsində 2 il ərzində 3-4 ölkədə təhsil almaq mümkündür: Fransanın Lil Universiteti, İtaliyanın Bari Universiteti, Fransanın Troya Texnologiya Universiteti və Polşanın Tadeusz Kościuszko Texnologiya Universiteti

3. DAAD təqaüdü ilə Almaniyanın Fridrix Aleksandr Universiteti (FAU) (Təmiz Enerji Prosesləri ixtisası)

4. DAAD təqaüdü ilə Almaniyanın Hamburq Texniki Universiteti (Bioproses ve Kimya mühəndisliyi ixtisası)

5. İngiltərənin Mançester Universiteti (Kimya mühəndisliyi üzrə magistratura)

6. Avropanın nüfuzlu EİT İnnoEnerji Magistratura Məktəbi (Bərpaolunan enerji ixtisası və dayanıqlı enerji sistemləri üçün ekoloji yollar ixtisası)

Günelin seçimi DAAD təqaüd proqramı ilə Almaniyanın Fridrix Aleksandr Universiteti olub. 

Qeyd edək ki, o, 2017-ci ildə 670 balla BANM-in Kimya mühəndisliyi ixtisasına qəbul olub.

Xəbər lenti