Logo

Gəncədə "Veloyürüş hamı üçün" devizi ilə əyləncəli idman tədbiri keçirilib - FOTOLAR

23.07.2022 15:38 374 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş "İdman hamı üçün" lahiyəsi çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə veloyürüş təşkil olunub.

Tehsil.biz xəbər verir ki, tədbir çərçivəsində velosipedçilər Gəncənin Gülüstan yaşayış massivində yerləşən İstiqlal parkının qarşısından Azərbaycanın dünya şöhrətli şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsi önünədək yürüş ediblər. 

Qeyd edək ki, əyləncəli idman tədbirinin təşkilində məqsəd əhali arasında bədən tərbiyəsinin kütləviliyinin və idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

Xəbər lenti