Logo

Geologiya fakültəsinin bir qrup professor-müəllim heyəti Filizçay yatağında - FOTO

22.07.2022 17:56 475 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin bir qrup professor-müəllim heyəti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin kontrakt sahəsindəki Filizçay kolçedan-polimetal yatağında (Balakən-Zaqatala filiz rayonu) olub.

Tehsil.biz xəbər verir ki, səfər BDU ilə “AzerGold” QSC arasında imzalanmış 2022-2023-cü il üzrə fəaliyyət planına müvafiq olaraq həyata keçirilib.

Fakültə əməkdaşları şirkətin Geoloji kəşfiyyat şöbəsinin müdir müavini Fuad Hüseynov və digər əməkdaşlarla birlikdə yataq ərazisində müşahidələr aparıb, kolçedan-polimetal filizləşməsinin yerləşmə qanunauyğunluğu, geoloji və fiziki-kimyəvi şəraitləri, iqtisadi mənimsənilməsi və istismarının ekoloji problemləri mövzularında fikir mübadiləsi aparıblar.

Xəbər lenti