Logo

BSU-da TİKA-nın nümayəndə heyəti ilə görüş keçirilib

21.07.2022 19:07 423 baxış
IMG

İyulun 21-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Türk Əməkdaşlıq və Koordinasiya Aqentliyinin (TİKA) nümayəndə heyəti ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə TİKA-nın Azərbaycandakı Baş Proqram Koordinatoru Fatih Yılmaz, Bakı Proqram Koordinatorunun müavini Ahmet Çanga, Bakı Proqram Koordinasiya Ofisinin assistenti Abbas Hümmətov iştirak edib.

Rektor Anar Nağıyev qonaqları salamlayaraq, onları BSU-da görməkdən məmnun olduğunu bildirib. Anar Nağıyev regionun slavyanşünaslıq üzrə birinci universiteti olan BSU-nun tarixindən söz açaraq, bu ali təhsil ocağının Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradıldığını deyib. Universitetin fəaliyyətinə diqqət çəkən rektor ixtisaslar, beynəlxalq əlaqələrdən danışaraq, BSU-nun Türkiyə Araşdırmalar Mərkəzinin fəaliyyətinə də toxunub.

TİKA-nın Azərbaycandakı Baş Proqram Koordinatoru Fatih Yılmaz səmimi qəbula görə təşəkkür edib. O, təmsil etdiyi qurumun tarixi və fəaliyyətindən söz açıb. TİKA-nın müxtəlif qurumlarla, o cümlədən ali təhsil müəssisələri ilə birgə həyata keçirdiyi layihələrdən bəhs edib.

Görüşdə gələcək qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Xəbər lenti