Logo

Qəbul imtahanının II cəhdində telefonla tutulan abituriyentin birinci nəticəsi də ləğv olunur

21.07.2022 15:50 494 baxış
IMG

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci cəhdində qayda pozan, o cümlədən üzərində mobil telefon aşkarlanan abituriyentin birinci cəhd imtahanında topladığı nəticəsi də ləğv olunur.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd edilib ki, həmin abituriyentlər qayda pozduğu üçün müsabiqə mərhələsinə buraxılmayacaqlar.

Xəbər lenti