Xəbər verdiyimiz kimi, bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə verilən məlumata görə, bu gündən etibarən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.