Logo

BANM tələbələri “Enactus” yarışında III yeri qazanıblar - FOTO

21.07.2022 10:08 528 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “Enactus Azərbaycan” milli yarışının final mərhələsində iştirak edərək III yerə layiq görülüb və müxtəlif mükafatlarla təltif ediliblər.

Tehsil.biz xəbər verir ki, BANM tələbələri yarışa “Agroficient” adlı layihə ilə qatılıblar. Layihənin rəhbəri Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Mirkazım Ağayev, iştirakçıları həmin ixtisasın IV kurs tələbələri Cəbrayıl Abdinbəyov, Ayşən Zülfiyeva, II kurs tələbəsi Firəngiz Süleymanova, Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Emil Hüseynli, IV kurs tələbəsi Uğur Paşayev, II kurs tələbəsi Malik Sultanov, Proseslərin avtomatlaşdırılması ixtisasının III kurs tələbəsi Cəmilə Əbilova və İnformasiya təhlükəsizliyi ixtisasının II kurs tələbəsi Rəvan Hacıyevdir.

”Agroficient” layihəsi kənd təsərrüfatında əkin sahəsi ilə məşğul olan sahibkarların suvarma zamanı su sərfiyyatını azaltmaq və məhsuldarlığı artırmağı nəzərdə tutur. BANM tələbələrinin hazırladığı layihədən 5 benefisiar yararlanaraq məhsuldarlığın xeyli artdığını bildirib.

Xəbər lenti