Logo

Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili almaq istəyənlərin NƏZƏRİNƏ

20.07.2022 12:52 373 baxış
IMG

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbulu aparılır.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proqrama sentyabrın 1-dək müraciət etmək olar. Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki Təhsil Nazirliyinin saytında yerləşdirilib. Əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət etmək olar.

Qeyd edək ki, proqram iştirakçılarının təhsili Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.

Xəbər lenti