Logo

Növbəti tədris ilində 10 nəfər Latviyada təhsil alacaq

19.07.2022 15:33 357 baxış
IMG

Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2022-2023-cü tədris ili üzrə 10 Azərbaycan Respublikası vətəndaşı Latviyanın təqaüdünə layiq görülüb.

Tehsil.biz xəbər verir ki, Latviya hökumətinin bu təqaüdünü qazanan 26 ölkə üzrə Azərbaycan ilk üçlükdə yer alır:

Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində müraciət edənlər, əsasən, Latviyanın “Riga Technical University”, “University of Latvia”, “Rīga Stradiņš University” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və səviyyələr üzrə təhsillərini davam etdirmək hüququ qazanıblar.

Müvafiq təqaüd proqramı barədə cari ilin 7 fevral 2022-ci il tarixində elan verilib.

Xəbər lenti