Logo

BDU-da imtahan sessiyası davam edir

20.01.2021 20:52 452 baxış
IMG

19 yanvar 2019-cu il tarixində Bakı Dövlət Universitetində bakalavriat və magistratura səviyyələrində 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edib.

 

İmtahan sessiyasında bakalavr təhsil pilləsi üzrə, əyani və qiyabi təhsil formasında, eləcə də əlavə təhsil üzrə təhsil alan 285 qrup üzrə 5135 tələbə (251 nəfəri SABAH qrupları tələbəsi olmaqla) imtahan verib. BDU-nun Qazax filialında isə 23 qrup üzrə 394 tələbə imtahanlarda iştirak edib.

 

Magistratura səviyyəsində isə 264 ixtisaslaşma üzrə 167 fənn üzrə 830 magistrant keçirilən imtahanları uğurla keçib.

 

Qeyd edək ki, BDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun, eyni zamanda, obyektiv və şəffaf keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.

 

Tələbələrin imtahanla bağlı şikayətini dinləmək və operativliyi təmin etmək üçün “Qaynar xətt” və Apellyasiya komissiyası da fəaliyyətini davam etdirir.

Xəbər lenti