Logo

BDU-nun Kimya fakültəsində "Qanlı Yanvar" adlı tədbir keçirilib

20.01.2021 19:18 512 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş "Qanlı Yanvar" adlı onlayn tədbir keçirilib.

 

Tədbiri Kimya fakültəsinin TGT sədri Əli Qədirli açaraq  keçmiş SSRİ rəhbərliyi tərəfindən həyata keçirilən bu faciə və cinayətkar siyasətin əsl mahiyyətindən bəhs edib.

 

Qanlı hadisələrin canlı şahidi olmuş Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, professor-müəllim heyətindən Teymur İlyaslı, Eldar Əhmədov, Rasim Alosmanov, İbrahim Məmmədov 20 yanvar hadisələrinin tarixi və o dövrdə istər ölkə daxilində, istərsə də xaricdə baş verən hadisələr haqqında geniş məlumat verib.

 

Çıxışlarda qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırılan 20 Yanvar faciəsini XX əsr boyu xalqımıza qarşı mərhələli şəkildə həyata keçirilən siyasətin növbəti təzahürü olduğunu lakin, bütün bunlara baxmayaraq faciə xalqımızın iradəsini sındıra bilmədiyini qeyd edilib. Həmçinin, Qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn xalqımızın Ümummilli Lideri Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadığı, ifşaedici və cəsarətli bəyanat verdiyi və Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu hadisəyə siyasi qiymət verildiyi, cinayətkarın adı, ünvanı dəqiqləşdirildiyi diqqətə çatdırılıb.

 

Tələbə Elmi Cəmiyyətin sədr müavini İsa İsayev “20 Yanvar - Ümumxalq Hüzn Günü” adlı məruzəsində Azərbaycanın müstəqilliyi, azadlığı, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdiyini vurğulayıb.

 

Tədbir Kimya fakültəsinin I kurs tələbələrinin şəhidlərə həsr olunanan şeir ifaları ilə yekunlaşıb.

Xəbər lenti