Logo

"Yeni nəsil müəllimlər yetişməli, yeni nəsil dərsliklər yazılmalı"

16.07.2022 23:53 1904 baxış
IMG

"DİM sədri Məleykə Abbaszadənin "Ali təhsil sistemi dəyişməlidir" tezisi ətrafında müzakirələr gedir. Ali təhsil sistemi Azərbaycan universitetlərinin Boloniya Bəyannəməsinə qoşulmasından sonra dəyişdi və bu tarixdən 17 il ötür".

Tehsil.biz xəbər verir ki, bunları deputat Etibar Əliyev bildirib.

Onun sözlərinə görə, əksər ixtisalarda 4 illik bakalavr təhsili tətbiq olundu, bundan sonra arzu edənlər təhsillərini 2 illik magistraturada davam etdirirlər:

"Maraqlı olan nədir? Avtomatik olaraq diplomlarımız qərbdə tanındımı? Yox! İteqrasiya nəticəsində təhsilin keyfiyyəti aşağı düşdü. Bəlkə də elə bu səbəbdəndir ki, normal akkreditasiya prosesi həyata keçirilmədi. Açıq danışsaq, buna bilərəkdən maneçilik törədildi. Boloniya siteminə qoşulmuşuqsa, onda Ali Attestasiya Komissiyası nəyə gərəkdir? Yeni nəsil müəllimlər yetişməli və yeni nəsil dərsliklər yazılmalı idi. Vəziyyətin nə yerdə olduğunu hamı bilir. Cavabdeh şəxslər isə yalnız tezislər səsləndirirlər".

Millət vəkili bildirib ki, Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi müsahibələrinin birində deyir ki, Boloniya sistemi təhsilin keyfiyyətini aşağı saldı, ölkənin intellektual resurslarının xarici ölkələrə daşınmasına səbəb oldu:

"Belə məlum olur ki, Boloniya sistemi tədrisin  təşkilinin formasıdır, məzmun və metidika deyil. Ali təhsil sistemi ya Boloniyadan imtina vasitəsilə, ya da bu sistemi olduğu kimi tətbiq etməklə  dəyişə bilər. Biz nə imtina edə bilirik, nə də imitasiyalardan qaça bilirik. Tez-tez eşidirik ki, yaxın 5 ildə indiki ixtisaslar olmayacaq. Onda hansı ixtisaslar olacaq? Bunun da konturlarını cıza bilmirik. Ancaq dünyada bu istiqamətdə ciddi tədqiqatlar aparılır. İnformasiya texnologiyalarının digər elm sahələrinə nüfuz etməsi danılmazdır.  2030-cu ildə hansı elmlərin dominantlıq təşkil etməsi barədə proqnozları oxudum. Elə elm sahələridir ki, bunun üçün yalnız xaricdə mütəxəssis yetişdirmək lazımdır. Bizim universitetlər indiki durumda buna hazır deyillər".

Etibar Əliyevin fikrincə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri indiki qəbul prosesinin "yan effekti"ni təhlil etsə, daha yaxşı olar. 

"Belə bir qəbul prosesinin ali təhsili dəyişdirmək gücünə malik olması barədə elmi təhlillər isə bizim üçün də maraqlı ola bilər, - deyə o, qeyd edib.

Xəbər lenti