Logo

AƏSMA tələbəsi ciu-citsu döyüş idman növü üzrə yarışda uğur qazanıb

16.07.2022 15:01 369 baxış
IMG

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) qubalı idmançı tələbəsi Ömər Paşayev ciu-citsu döyüş idman növü üzrə yarışda uğur qazanıb.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin keçirdiyi birincilikdə Ömər Paşayev 2 medal qazanıb.

Beləliklə “NO Gİ” versiyasında qızıl, “Gİ” versiyasında isə gümüş medal sahibi olan Ömər yarışdan söz açıb:

“Çempionatdan öncə tərəziyə qalxanda rəqibim mənə “Səninlə yarışda görüşərik” və s. sözlər dedi. Elə də oldu, finalda onunla ağır və aqressiv döyüş baş tutdu. Gərgin mübarizədən sonra 1-ci yeri tutdum”.

Xəbər lenti