3-10 iyul 2022-ci il tarixlərində Rusiyanın Moskva şəhərində MADİ Universiteti tərəfindən “Yeni Nəsil” flaqman gənclər proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib.
Tehsil.biz xəbər verir ki, hər il bu proqram çərçivəsində Rusiyaya 1000-ə qədər gənc lider - müxtəlif sahələrdən olan xarici mütəxəssislər gəlməkdədir.
Konfransda Azərbaycan nümayəndələri sırasında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının HİH və Sosial Fənlər Kafedrasının müəllimi Kənan Abbasov iştirak edib.





