Logo

UFAZ tələbələrinin Strasburq Universitetində yay məktəbi iyulun 18-də başa çatacaq

16.07.2022 13:09 420 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin Strasburq Universitetində iştirak etdikləri Yay məktəbi iyulun 18-də başa çatacaq.

Tehsil.biz xəbər verir ki, iulun 3-dən başlanmış yay məktəbinin proqramına gündəlik fransız dili kursları və danışıq klubları, eyni zamanda, Strasburq Universitetinin elmi-tədris laboratoriyalarında dərslər, məşhur abidələrə, beynəlxalq təşkilatlara ekskursiyalar daxildir.

Yay məktəbində UFAZ-ın 46 tələbəsi iştirak edir.

Xəbər lenti