Logo

Bakı Ali Neft Məktəbinin tələbələri nazir müavini ilə görüşüblər

15.07.2022 23:28 462 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) bir qrup tələbəsi ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevlə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüş Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) icra etdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində fərqlənən tələbələrlə uğurlu rəhbər şəxslərin görüşü çərçivəsində həyata keçirilib. Firdovsi Əliyevlə görüşə BANM-də keçirilən təlimlərdə fərqlənən 3-ü Prezident təqaüdçüsü olmaqla Ali Məktəbin 10 tələbəsi dəvət edilib.

Əvvəlcə layihə barədə məlumat verən BAMF-in prezidenti Umud Mirzəyev layihənin məqsədi, görülən işlər və tələbə-gənclərin həyat və fəaliyyətində oynayacağı vacib roldan danışıb.

Daha sonra nazir müavini Firdovsi Əliyev tələbələrlə səmimi söhbət edib. O, karyera yolu, qarşısına çıxan çətinliklər, əsasını fiziki və mənəvi zəhmət təşkil edən tələbəlik illəri, eyni zamanda həyat yolundan, bugünkü fəaliyyətindən danışıb. Firdovsi Əliyev həmçinin tələbələri Azərbaycanın hazırki ekoloji vəziyyəti ilə bağlı məlumatlandırıb və bu sahədə görülən işlər, keçirilən layihələr və aksiyalardan bəhs edib.

Nazir müavini tələbələrin suallarını cavablandırıb, onlara karyera və həyatının prioritetlərindən danışıb.

Qeyd edək ki, 2022-ci ildə BAMF-ın Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində 10 ali təhsil ocağı (bəzilərində 2 gün), eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun mərkəzi ofisində olmaqla 904 tələbəyə 6 mövzu istiqamətində 54 təlim keçirilib. Azərbaycanlı tələbələrlə yanaşı, 14 ölkədən olan xarici tələbələrlə də görüşlər olub.

Xəbər lenti